![First slide](https://aqdamli.az/assets/img/sitat.png)
Nizami Sadıqov
Nizami Sadıqov
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı (2009-2014-cü illər).
1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olmuşdur. 1957-1967-ci illərdə Ağdam İnternat məktəbində oxumuşdur.1967-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir.
1969-1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olmuşdur.Hərbidən kiçik leytenant kimi tərxis olunmuşdur. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində oxumuşdur. 1980-cı ildən 1985-ci ilə kimi Moskva Polis Akademiyasında oxumuşdur.
Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləmişdir. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində işləmişdir.
1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş,Dəvəçi,İmişli,Masallı,Quba rayonlarında Polis rəisi vəzifələrində işləmişdir.Qarabağ müharibəsi veteranıdır. Şuşa şəhəri və Ağdam rayonu işğal edildikdən sonra toylarda oynamağı özünə yasaq etmişdir.
2009-2014-cü illərdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 4 övladı, 7 nəvəsi var.