First slide
Böyük Ağdamın bizlərə bir neçə əmanəti vardır:

Əziz həmvətənlərim, aqdamli.az saytında yerləşdirilmiş "Ağdam gündəliyi-Beş ilin hesabatı"  adlı kitabımda bütün Ağdama aid məsələlər barəsində geniş şərhlər vermişəm və hər bir həmyerlimə bu kitabı oxumağı tövsiyyə edirəm. Ona görə ki, bu kitab bizim yaxın tariximizdən bəhs edir. Mənim əzizlərim, mənə elə gəlir ki, Böyük Ağdamın bizlərə bir neçə əmanəti vardır:

  •  Ağdamlılığı qoruyub saxlamaq
  •  Əsl ağdamlı olaraq Ağdamı sonsuz məhəbbətlə sevmək
  •  Nəfsinə, əxlaqına və vicdanına hakim olmaq
  •  Həmyerlilərinə, böyük-kiçiyə hörmət, ehtiram və mərhəmət göstərmək
  •  Dostluğa və əqidəyə sadiq qalmaq
  •  Fədakar olmaqla başqalarına nümunə göstərməyi bacarmaq
  •  Cəsarətli olmaq, ölümdən qorxmamaq
  •  Qonşulara, ətrafındakı insanlara öz doğman kimi münasibət bəsləmək
  •  Səxavətli olmaq, kasıblara əl tutmaq
  •  Qeybətdən, şərdən, böhtandan və xəyanətdən uzaq durmaqdır.
  •  Kimsənin haqqına göz dikməmək

Bu fikirlər mənim xəyallarımın məhsulu yox, Böyük Ağdamda yaşayan həmvətənlərimizin həyat tərzi, uzun illərdən bəri formalaşmış insani keyfiyyətlərin  ortaya çıxardığı  spesfik yaşam modeli və əxlaq kodeksi idi. Böyük Ağdamın bizlərə olan növbəti əmanəti odur ki, muğamlarımızı Ağdamın özündə oxuyaq, inkişaf etdirək, saflaşdıraq. Ona görə ki, bizim ruhumuzun mayası muğamla yoğrulmuşdur. Biz bu əmanətlərə sahib çıxmalıyıq ki,  sabah Böyük Ağdama dönəndə onun üzünə baxmağa, torpağına ayaq basmağa haqqımız çatsın !

Hörmətlə, Nizami Sadıqov