First slide
"I Qarabağ müharibəsi olmayıbsa, Azərbaycanda 20 minə yaxın şəhid haradandır?!"

Bir neçə gündür ki, yazıçı Çingiz Abdullayevin “Birinci Qarabağ müharibəsi olmayıb” deməsi ölkəmizdə birmənalı qarşılanmayıb.

Bununla əlaqədar mən də bir Qarabağ müharibəsi veteranı kimi öz münasibətimi bildirmək istədim.

Çingiz Abdullayev həqiqətən də böyük yazıçıdır və həm də Azərbaycanı təmsil edə biləcək bir şəxsdir. Hansı ki, biz bunu Moskvadakı çıxışından da gördük.

Birinci Qarabağ müharibəsi olmayıb deyəndə Çingiz müəllim hansı fikiri əsas götürürsə, özü əlavə izahat versə yaxşı olar.

Ancaq, Birinci Qarabağ müharibəsi olmayıbsa, Azərbaycanda 20 minə yaxın şəhid haradandır?!

1988-1992-ci illərdə Azərbaycanda həqiqətən də Müdafiə Nazirliyi və Hərbi Qoşun Birləşmələri yox idi. Həmin funksiyanı DİN-in əməkdaşları və özünü müdafiə qüvvələri həyata keçirirdi. Adətən, müharibəni Müdafiə Nazirliyi apardığı üçün heç kim fikirləşməməlidir ki, əgər 1988-92-ci illərdə Müdafiə Nazirliyi yox idisə, deməli, o vaxt heç müharibə də olmayıb. Bu yanlış fikirdir.

Mən ehtimal edirəm ki, Çingiz Abdullayev “Birinci Qarabağ müharibəsi olmayıb” deyəndə, o vaxt Azərbaycanın məğlubiyyəti ilə barışmaq istəmədiyindən irəli gəlib.

Müharibə olmayıbsa 1988-ci ildən 1994-cü ilə qədər 20 minə yaxın vətəndaşımızı kimlər və harada qətlə yetirib?

I Qarabağ müharibəsində tökülən qanlar və vətəndaşlarımızın fədakarlığı olmasa idi, çox güman ki, Azərbaycan II Qarabağ müharibəsini Kürün sol sahilindən başlamalı idi.

Azərbacan Höküməti o zaman heç müdafiə xərcləri üçün vəsait də ayırmırdı. Qarabağda gedən müharibədə lazım olan xərclərin böyük hissəsinin Ağdam əhalisi öz üzərinə götürmüşdü. Belə ki, o illər Ağdamda insanlar, alacaqları olan əmək haqqıları kütləvi şəkildə silah-sursat almağa verirdilər.

İdarə-müəssisə rəhbərləri mərkəzləşmiş qaydada pulları toplayıb rayon İcra Hakimiyətinə verirdilər və bu işə də heç kim etiraz etmirdi. Müdafiə Nazirilinin görəcəyi işi əhali edirdi. Misal üçün: Şelli kənd sakini Famil Vəliyev öz vəsaiti hesabına top və başqa ağır silahlar aldığının şahidiyəm.

Müdafiə Nazirliyi yarananda həmin silah-sursatı onlara təhvil verdi.

1992-93-cü illərdə Ağdam rayonunda İcra Hakimiyyəti vəzifəsində çalışmış Nadir müəllim bütün var dövlətini silah-sursat alınmasına verdi. Nadir müəllimin halbuki bu gün yaşamaq üçün normal şəraiti belə yoxdu.

Qarabağın bir çox kəndləri hər cür yardım etmək üçün Ağdama gəlirdilər.

Azərbaycan Höküməti iflic vəziyyətində idi. Ermənilər silahlanma işində bizdən öndə idi. Bizim tapançamız olanda, artıq erməninin avtomat silahı var idi. Biz avtomat əldə edəndə erməninin topu, qradı

var idi. Ancaq Azərbaycan döyüşçüsü qorxmurdu, şəhid olurdu geri çəkilmirdi. Əgər I Qarabağ müharibəsi olmayıbsa, 1993-cü illərdə Ağdam Şelli kəndi istiqamətində hucuma keçən erməni hərbiçilərinin 1500 nəfərini bir döyüşdə kim məhv etmişdi.

Bu dediklərimi 1994-cü ildə Arkadi Quqasyan Şuşanın sabiq icra başçısı Nizami Bəhmənova ehtiraf etmişdi.

Bir sözlə I Qarabağ müharibəsi olmuşdur; daha qəddar, daha amansız....

Qarabağ müharibəsi veretarnı, təqaüddə olan polis polkovniki Sadıqov Nizami Yəhya oğlu