First slide
Ağdam rayonunda görülən Tikinti- Quruculuq və Abadlıq işləri

Minnətdarlıq

 

2009-2014-cü illər ərzində Ağdam rayonunda İH-nin başçısı  vəzifəsində işlədiyim dövrdə rayona ən çox qayğı göstərmiş dövlət məmurlarının adlarını xüsusilə qeyd etmək istərdim.

  • Uzun illər Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışmış  Artur Rəsizadə- Baş nazir işlədiyi dövrdə etdiyim müraciətlərin hər birinə diqqətlə yanaşmış və həllinə nail olmuşdur.
  • Hazırda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi olan, uzun illər Daxili İşlər naziri vəzifəsində işləmiş general-polkovnik Ramil Usubov- hörmətli general daim Ağdam rayonunun problemlərilə maraqlanmış və həlli ilə bağlı daim  öz töhfəsini vermişdir. Beləki, rayon ərazisində bir neçə məktəb və uşaq bağçasının tikintisinə və əsaslı təmirinə, Rayon Mərkəzi Xəstəxanasının tibbi avadanlıqlarla təchiz olunmasına, Quzanlı qəsəbəsindəki Mədəniyyət Evinin əsaslı təmirinə və əhalinin içməli suya olan tələbatını nəzərə alaraq 500 tonluq su anbarının tikintisinə yardımçı olmuşdur.
  • Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev – Ağdam rayonunun erməni işğalı altında olmayan 28%-lik ərazisində əhalinin qazla təminatında ciddi şəkildə öz töhfəsini vermiş, 2009-2011-ci illər ərzində dəfələrlə rayon ərazisində səfərdə olmuşdur. Əlavə edim ki, Rövnəq Abdullayevin ciddi səyi nəticəsində Ağdam rayonunun təbii qazla tam təmin edilməsi başa çatdırılmışdır.
  • Əhməd Əhmədzadə- 5 il ərzində Ağdamda 250-yə qədər artezian quyusu qazdırdı.  Ağdamın ehtiyacına bir dəfə də olsun yox demədi

 

2009-cu ilə qədər

2009-cu ildə Ağdam rayonunun müvəqqəti mərkəzi sayılan Quzanlı qəsəbəsinin girişində, Soltanbud təpəsinin aşağısında qara dəmirin üzərində “Ağdama xoş gəlmisiniz” sözü yazılmışdır ki, bu və başqa görüntülər ağdamlılara utanc gətirirdi.

Bir il sonra-2010-cu il

2010-2014-cü illərdə təmir və abadlıq işləri

 

2013-cü ildə Ağdamda görülən işlər

 

Ağdamda quruculuq və abadlıq işləri 2009-2014

Ağdam RİH-nin başçısı Nizami Sadıqovun 2009-2014-cü  illərdə Ağdam üçün gördüyü  işlərini əks etdirən "İtirilmiş şöhrətə qayıdan yol" filmi

 

Soltanbud təpəsi

2009-cu ildə Soltanbud təpəsinin abadlaşdırılması haqqında süjet